Modern.az

Formula 1-ə görə marşrutlarda edilən dəyişiklik ləğv olundu

Formula 1-ə görə marşrutlarda edilən dəyişiklik ləğv olundu

27 İyun 2017, 12:06

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləvğ edilib.

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə