Modern.az

Ağcabədi sakini əməliyyat masasında öldü  

Ağcabədi sakini əməliyyat masasında öldü   

27 İyun 2017, 14:19

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, rayonun Qiyaməddinli kənd sakini 59 yaşlı Zahid Quliyev həyətlərində təsərrüfat işləri ilə məşğul olarkən hündürlükdən yıxılıb.

Nəticədə onun ayağı sınıb və dərhal xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Lakin Z.Quliyev əməliyyat zamanı dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, onun ölümünə səbəb həkim səhlənkarlığı olub. Belə ki, həkimlər səhvən Z.Quliyevin ayağında arterial damarı kəsib və o, çoxlu qan itirməsi səbəbindən ölüb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.  

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə