Modern.az

Salyanda faciə: 3 uşaq su çəninin altında qaldı

Salyanda faciə: 3 uşaq su çəninin altında qaldı

29 İyun 2017, 21:57

Salyanda 3 uşaq su çəninin altında qalıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Peyk kəndində qeydə alınıb. Belə ki, Şamaxıdan qonaq gələn 2013-cü il təvəllüdlü Rasim Yunus oğlu Məmmədli, onun bacısı Şahanə Yunus qızı Məmmədli, 2012-ci il təvəllüdlü Osmanova Fatimə Mehdi qızı həyətdə oynayarkən su çəninin altında qalıblar. Bacı-qardaşın  vəziyyətinin ağır olduğu bildirilir. Vəziyyətləri ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndəriliblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat