Modern.az

Əcnəbilərin Azərbaycanı tərk etməsi ilə bağlı yeni ŞƏRTLƏR

Əcnəbilərin Azərbaycanı tərk etməsi ilə bağlı yeni ŞƏRTLƏR

30 İyun 2017, 14:08

Azərbaycana daxil olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilib.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 38-ci (Elektron vizalar) maddəsinə təklif olunan yeni, 11-ci bənd Milli Məclisdə müzakirəyə çıxarılıb.

 

Layihə barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu, turistlərin gəliş-gedişinin asanlaşdırılmasında mühüm addımdır.

 

Yeni bəndə əsasən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşama icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

 

Maddəyə edilən digər dəyişiklik isə elektron formada sürətləndirilmiş qaydada müraciət etdikdə belə müraciətlərə 3 saat ərzində baxılmasını təmin etməyin rəsmiləşdirilməsi ilə bağlıdır.

 

Layihə səsə qoyularaq qəbul olunub.

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat