Modern.az

Sumqayıtda dənizdə boğulan azyaşlı xilas edilib

Sumqayıtda dənizdə boğulan azyaşlı xilas edilib

4 İyul 2017, 18:30

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhərində azyaşlının dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyinin saytındakı məlumata görə, xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlını sudan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?