Modern.az

Bakıda qohumlar bir-birlərini BIÇAQLADILAR  

Bakıda qohumlar bir-birlərini BIÇAQLADILAR   

Aktual

5 İyul 2017, 13:14

İyulun 5-də saat 3 radələrində Xətai rayonu ərazisində yaşayan Elçin Əliyevin mənzilinə gələn qohumu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əsəd Abdullayev münaqişə zəminində ev sahibinə bıçaqla xəsarət yetirib. E.Əliyev bıçağı Ə.Abdullayevdən alıb sonuncuya qarın nahiyəsindən xəsarət yetirib.

Modern.az Daxili İşlər Nazirliyinə  istinadən xəbər verir ki, E.Əliyev Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Ə.Abdullayev xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?