Modern.az

Harri Kasparov 12 il sonra şahmat turnirinə qatılacaq

Harri Kasparov 12 il sonra şahmat turnirinə qatılacaq

Aktual

6 İyul 2017, 12:08

Şahmat üzrə keçmiş dünya çempionu, bakılı Harri Kasparov professional karyerasını bərpa edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış şahmatçı ABŞ-ın Sent-Luis şəhərində 14-19 avqust tarixlərində baş tutacaq sürətli şahmat turnirinə qatılacaq.

 

Sonuncu dəfə o 2005-ci ildə şahmat turnirinə qatılmışdı.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?