Modern.az

Neft Daşlarında rəis İNTİHAR EDİB

Neft Daşlarında rəis İNTİHAR EDİB

9 İyul 2017, 13:15

Bu gün Neft Daşlarında intihar hadisəsi qeydə alınıb. Modern.az xəbər verir ki, bu barədə ARDNŞ-in saytında məlumat verilib.

 

Səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb və nəticədə dünyasını dəyişib.

 

Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma aparılır.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat