Modern.az

"Şaurma" restoranı yandı

"Şaurma" restoranı yandı

Aktual

10 İyul 2017, 23:28

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranda yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın vətəndaşa məxsus ümumi sahəsi 110 kvadrat metr olan restoranının mətbəxində başlayıb. Nəticədə 1 ədəd kartofbişirən aparat, 3 p.m elektrik kabeli və tüstü bacasında 4 p.m yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından  mühafizə olunub.

Qeyd edək ki, yanğın "Azdram"ın yanındakı "Şaurma" restoranında baş verib. Yanğından sonra restoranın fəaliyyəti dayandırılıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat