Modern.az

Məhəmmədidə eyvandan yıxılan körpə sağ qalıb - FOTO

Məhəmmədidə eyvandan yıxılan körpə sağ qalıb - FOTO

11 İyul 2017, 10:51

Abşeron rayonunda körpə bədbəxt hadisə nəticəsində sağ qalıb.

 

Modern.az-ın "Report"a istinadən xəbərinə görə, Məhəmmədi qəsəbəsində nəzarətsiz vəziyyətdə qalan 2016-ci il təvəllüdlü Quliyev Hüseyn Ziya oğlu beşmərtəbəli binanın birinci mərtəbəsinin eyvanından yerə yıxılıb.

 

Nəticədə o, ağır kəllə-beyin travması alıb. Körpə valideynlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat