Modern.az

Abxaziyada rusiyalı turist öldürüldü

Abxaziyada rusiyalı turist öldürüldü

Aktual

11 İyul 2017, 20:30

Abxaziyada rusiyalı turist qətlə yetirilib. Modern.az "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə Abxaziyanın Qudaut rayonunun Açandara kəndi yaxınlığında baş verib.  Belə ki, silahlı quldurlar Rusiyadan gələn bir qrup turistə hücum edib. Nəticədə istirahət edənlərdən biri ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, quldurlar bıçaq və avtomatla silahlı olublar. Onlar turistləri qarət etmək fikrində imişlər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat