Modern.az

Nemtsovun qatillərinə hökm oxundu

Nemtsovun qatillərinə hökm oxundu

13 İyul 2017, 12:37

Moskva hərbi məhkəməsi siyasətçi Boris Nemtsovun qətlində təqsirli bilinən Zaur Dadayevi 20 il müddətinə azadlıqdan məhrum edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Dadayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkəcək.

 

Cinayətin işlənməsində yardımçı funksiyaları yerinə yetirən Anzor Qubaşev 19 il, Şadid Qubaşev 16 il, Temirlan Eskerxanov 14 il və Həmzət Baxayev 11 il müddətinə azadlıqdan məhrum olunublar.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə