Modern.az

Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələri dəyişdiriləcək  

Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələri dəyişdiriləcək   

13 İyul 2017, 12:49

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişiklik ediləcək.

Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, qanunlara dəyişiklik , Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamından irəli gəlir.

Burada təkliflər hərtərəfli təhlil edilib, qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət-Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişiklik ediləcək.

Məcəlləyə dəyişiklik Milli Məclisin payız sessiyasında göndəliyə çıxarılacaq.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə