Modern.az

Biləsuvarda məcburi köçkünlər qəzaya düşdü

Biləsuvarda məcburi köçkünlər qəzaya düşdü

16 İyul 2017, 21:10

Biləsuvar rayonunda baş verən zəncirvari yol qəzasında xəsarət alanların adları məlum olub. Modern.az  APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar Biləsuvarda məskunlaşan Cəbrayil rayon sakinləri, hər ikisi 1977-ci təvəllüdlü Ağayev Azər Heydər oğlu və Qafarov Maşallah Məhəmmədəli oğludur.

A.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti nisbətən yüngül olan M.Qafarov travmatologiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə