Modern.az

Deputat prezidentə təşəkkür etdi – jurnalistlərə görə  

Deputat prezidentə təşəkkür etdi – jurnalistlərə görə   

20 İyul 2017, 13:29

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev kütləvi kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, jurnalistlərin yeni binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə ölkə başçısının bu sərəncamına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, deputat öncəliklə ev almış bütün jurnalistləri ürəkdən təbrik edib.

 

“Möhtərəm prezidentə təşəkkür edirəm. Dünyada iqtisadi çətinliklər tüğyan etdiyi bir zamanda növbəti 255 mənzilli binanin tikintisi üçün təməl qoyulması və vəsaitin ayrılması Azərbaycanda azad mətbuata olan diqqət və qayğının təzahürüdür”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə