Qusar rayonunda göldə batmış şəxsin meyiti tapılıb.
Bu haqda Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumatda bildirilib.
Rayonun Köhnə Xudat kəndində göldə batmış 2002-ci il təvəllüdlü Abbasov Abdulla Mehdi oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.