Modern.az

Bakıda qızıl dişli protezlər oğurlayan yeniyetmələr tutuldu  

Bakıda qızıl dişli protezlər oğurlayan yeniyetmələr tutuldu   

2 Avqust 2017, 12:32

Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə oğrular tutulub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyulun 31-də rayon ərazisindəki mənzillərdən birindən pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə oradakı seyfdən 3000 ABŞ dolları, 15000 ABŞ dolları dəyərində qızıl əşyalar və 15 ədəd qızıl diş olan protezi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə