Modern.az

Biləsuvarda itkin düşən gənc qız evə qayıdıb

Biləsuvarda itkin düşən gənc qız evə qayıdıb

Aktual

2 Avqust 2017, 22:46

İtkin düşmüş Biləsuvar sakini bu gün evlərinə qayıdıb. Modern.az xəbər verir ki, itkin düşmüş qadının dayısı Müqəddəs İmanovun "Report"a  verdiyi məlumata görə, Zeynalzadə İlahə bu gün evə qayıdıb.

Qeyd edəki, 19 yaşlı rayonun Xırmandalı kənd sakini Zeynalzadə İlahə İqbal qızı 25 iyul tarixində evdən çıxıb və geri qayıtmamışdı. Avqust ayının 1-də o evlərinə zəng edərək Bakı şəhərində olduğunu bildirmişdi.

Bildirək ki, Zeynalzadə İlahə evdən çıxarkən yaş yarımlıq körpəsin və sənədlərində aparmışdı.

Qadından Biləsuvar Rayon Polis Şöbəsində bu gün izahat da alınıb.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə