Modern.az

Alimləri qorxudan kəşf: planet suyun altında qalacaq  

Alimləri qorxudan kəşf: planet suyun altında qalacaq   

Aktual

14 Avqust 2017, 11:58

Şotlandiyanın Edinburq universitetinin alimləri Antarktidanın buzlarının altında 91 vulkan aşkar ediblər. Bu barədə Böyük Britaniyanın Guardian qəzeti yazır.

 

Hündürlükləri 100 metrdən 4 min metrədək olan vulkanlar materikin qərbində 2 kilometrlik buzun altındadır.

 

Mütəxəssislər vulkanların nə qədər aktiv olduqlarını və onların nə vaxt püskürə biləcəyini müəyyən etməyə çalışırlar. Geoloqlar iddia edirlər ki, bu vulkanlardan biri oyansa, bu Antarktidanın buz örtüyünün sıradan çıxmasına və buzların dənizə axmasına, dünya okeanının səviyyəsinin yüksəlməsinə səbəb olacaq. (sputnik.az)



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi