Modern.az

Qanunsuz fəaliyyət göstərən daş karxanalarının işini polis araşdıracaq

Qanunsuz fəaliyyət göstərən daş karxanalarının işini polis araşdıracaq

Aktual

27 Oktyabr 2017, 20:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisindəki daş karxanalarının yerin təkindən qanunsuz istifadəsinə görə polisə müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

 

Qeyd olunub ki, həmin daş karxanalarının əməlləri cinayət tərkibi yaratdığı üçün polisə müraciət edilib: "Müraciət qum-çınqıl daşınması və daş karxanalarının qanunsuz istifadəsi ilə bağlıdır. Bununla bağlı 5 iş artıq araşdırılmaq üçün polisə təqdim olunub".

Nazirlikdən deyilib ki, 2015-ci ildə qurum yerin təkindən qanunsuz istifadəyə görə prokurorluğa 22 iş göndərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır