Modern.az

Bu şəxslərə də hərbi xidmətdən möhlət hüququ veriləcək – YENİLİK

Bu şəxslərə də hərbi xidmətdən möhlət hüququ veriləcək – YENİLİK

15 Noyabr 2017, 15:54

Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin 4-cü maddəsində (dövlətin vəzifələri) qeyd edilib.

 

4.1.36 maddəsindəndə bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

 

Bununla yanaşı, qanun layihəsində peşə təhsili müəssisələrində təhsil alan şəxslərə təqaüdlər verilməsi də nəzərdə tutulur.  

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə