Modern.az

Qaçqın düşərgəsi PARTLADILDI - 5 ölü, 40 yaralı

Qaçqın düşərgəsi PARTLADILDI - 5 ölü, 40 yaralı

1 Fevral 2018, 11:41

Nigeriyanın şimal-şərqində partlayış baş verib.

 

Bu haqda Modern.az xariic KİV-ə istinadla xəbər verir. Bildirilib ki, hadisə Borno ştatında qaçqın düşərgəsində qeydə alınıb.

 

Məlumata görə, partlayış nəticəsində azı 5 nəfər həlak olub, 40-a yaxın şəxs yaralanıb.

 

Qeyd olunur ki, partlayışı düşərgə ərazisinə daxil olan iki intiharçı-terrorçu törədib.

 

Terror aktının “Boko Haram” terror qruplaşmasının törətdiyi ehtimal olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat