Modern.az

Rusiyada prezident seçkilərində terakt planlaşdıran İŞİD-çi məhv edildi

Rusiyada prezident seçkilərində terakt planlaşdıran İŞİD-çi məhv edildi

1 Fevral 2018, 12:02

Rusiyanın Nijni Novqorod şəhərində terror törətməyə hazırlaşan İŞİD üzvü zərərsizləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Federal Təhülkəsizlik Xidmətindən məlumat verilib.

Məlumata görə, zərərsizləşdirilən şəxs Rusiyada prezident seçkiləri zamanı terror törətməyi planlaşdırırmış.

Saxlanılan zaman silahlı müqavimət göstərən terrorçu məhv edilib.

Onun üzərində bir neçə partlayıcı qurğu, odlu silah və döyüş sursatları aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat