Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Qafqaz İslam Ordusunun hərbi hissələrinə aid müxtəlif materiallar qorunub saxlanılır.
Bunların içərisində 1918-ci ildə Bakını azad etmiş Qafqaz İslam Ordusuna məxsus bayraq ucluğu xüsusi yer tutur.
Bu barədə Modern.az-a Tarixi Muzeyindən məlumat verilib.
Cümhuriyyət dövrünün tarixi əhəmiyyətli eksponatını Muzeyə AMEA-nın müxbir üzvü, mərhum numizmat və arxeoloq Y.A.Paxomov təqdim edib.
Qeyd edək ki, Azərbaycan tarixinin ən önəmli səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Muzeydə bu dövrün materiallarından ibarət kataloq nəşrə hazırlanır.