Modern.az

İran gəmisinin heyət üzvünün axtarışı davam etdirilib

İran gəmisinin heyət üzvünün axtarışı davam etdirilib

28 Fevral 2018, 19:50

İran bayrağı altında üzən “Taradis” yük gəmisinin heyət üzvünün axtarışları bu gün davam etdirilib. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, axtarış  işləri Xəzər dənizinin Azərbaycana aid olan hissəsində aparılıb. Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub.

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır