"CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi (Cavan.az), Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı, "Bakı Şəhər Halqası" Könüllüləri və ASAN Könüllüləri / ASAN Volunteers Təşkilatı ilə birgə 3 mart 2018-ci il tarixində, LIBRAFF kitab mağazasında "Könüllülük: uğur formulu" kitabının sayca 3-cü imza günü keçirəcək.
İmza günündə kitabın həmmüəllifləri Dr. Nadir Adilov və Elvin Pashayev tərəfindən imzalanmış kitablar könüllülük hərəkatından məzun olmuş, habelə hazırda könüllü olan tələbə-könüllülərə hədiyyə olunacaq.
Tarix: 3 mart 2018-ci il, saat: 16:00-dan 18:00-dək Məkan: LIBRAFF kitab mağazası (Bravo Supermarket Azerbaijan-ın içərisində (20 yanvar metrostansiyası yaxınlığında)).