Modern.az

Sabunçuda 61 yaşlı kişi intihar etdi

Sabunçuda 61 yaşlı kişi intihar etdi

Aktual

2 Mart 2018, 09:47

Sabunçu rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Məhəmmədi qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

Orada yaşayan, 1957-ci il təvəllüdlü Şarif İlyas oğlu Tağıyev özünü həyətdə çardaqdan asaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda 125.1 ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır