Modern.az

Müdafiə Nazirliyi Ermənistanın yalanını ifşa etdi 

Müdafiə Nazirliyi Ermənistanın yalanını ifşa etdi 

Aktual

13 Aprel 2018, 10:34

Azərbaycan Silahlı Qüvvələri (SQ) tərəfindən Ermənistanın sərhəd Baqanis kəndində mülki yük maşınının atəşə tutulması barədə Ermənistanın yaydığı məlumat yalandır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan özünün "Facebook" səhifəsində məlumat yayıb ki, guya Azərbaycan SQ Ermənistanın Baqanis sərhəd kəndində mülki yük maşınını atəşə tutub.
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır