Modern.az

Alimlər izdihamlı yerlərdə istifadə üçün  vacib  sistem hazırladılar

Alimlər izdihamlı yerlərdə istifadə üçün  vacib  sistem hazırladılar

Aktual

14 Aprel 2018, 21:27

Bir qayda olaraq, insanlar izdihamlı yerlərdə həmsöhbətinin səsini kifayət qədər yaxşı ayırd edə bilirlər. Lakin təəssüf ki, eyni sözləri kompüter barədə söyləmək olmaz. Ancaq "Google" şirkəti bu problemin aradan qaldırılması üçün yeni həll hazırlayıb.

 

Modern.az  xarici mediaya  istinadən xəbər verir ki, "Google" şirkətini təmsil edən alimlər qrupu tərəfindən hazırlanmış təlim sistemi danışan şəxsin sifətini tanımaqla yanaşı, konkret səsləri ayırd etmək qabiliyyətinə malikdir. Süni intellekt sistemi eyni anda bir neçə insan danışdıqda belə səsləri ayırd edə bilir. Hazırda "Google" öz məhsullarında bu funksiyadan istifadə etmək imkanını araşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır