Modern.az

İraqda üç azərbaycanlı qadın barəsində ölüm hökmü çıxarıldı

İraqda üç azərbaycanlı qadın barəsində ölüm hökmü çıxarıldı

Aktual

17 Aprel 2018, 18:34

İraqın Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror təşkilatı ilə bağlılığa görə yeddi qadın, o cümlədən üç azərbaycanlı qadın barəsində ömürlük həbs qərarı və ya ölüm hökmü çıxarıb.

 

"Report" xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı məlumat yayıb.

Məlumata görə, bir fransız və iki rusiyalı qadın ömürlük həbs cəzasına, üç azərbaycanlı və bir qırğızıstanlı qadın isə ölüm cəzasına məhkum edilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır