Modern.az

Milli Məclis xüsusi iclas keçirəcək  

Milli Məclis xüsusi iclas keçirəcək   

3 May 2018, 09:57

Azərbaycan Milli Məclisi xüsusi iclas keçirəcək.

Modern.az-ın əldə etdiyi  məlumata görə, Milli Məclisin xüsusi iclası 2018-ci ilin noyabrında keçiriləcək. Xüsusi iclas Azərbaycan Parlamentinin yaradılmasının 100 illik yubileyinə həsr olunacaq.

İclasda Azərbaycan parlamentinin 100 il ərzində keçdiyi şərəfli yol barədə çıxışlar olacaq. Həmçinin,  xüsusi iclasa dünya ölkələrindən parlamentarilər dəvət ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?