Modern.az

Yeni aqrobağlar SALINACAQ

Yeni aqrobağlar SALINACAQ

Aktual

18 May 2018, 11:29

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin 4 ayı ərzində 35 hektarda 16500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb”.

 

Modern.az xəbər verir ki, bu sözləri mətbuat konfransında “Azəryaşlandşaft” ASC-nin sədri Ramik Əşrəfov deyib. O bildirib ki, əkilən ağaclar nazirliyin tinglik sahələrində yetişdirilib.

 

“2018-2021 ci 1610 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulur. Hazırda tinglik sahələrində 2535870 ədəd müxtəlif cinsli tinglər mövcuddur. 2018-ci ilin payızında isə 921000 ədəd meyvə tinglərinin yetişdirilməsin nəzərdə tutulub”.

 

Sədrin sözlərinə görə, 2008-ci ildən bu günədək respublikanın magistral avtomobil yollarının ətrafında 4443 hektar ərazidə 5439580 ədəd müxtəlif cinsi ağaclar əkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Əliyevlə Ərdoğan İranın hücumunu müzakirə etdi