 
                                Ötən gün Binədəqədi rayonunda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
Bu barədə Modern.az-a Respublika Yanıq Mərkəzindən məlumat verilib.
 
Dünyasını dəyişən şəxs 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğludur. 
Hazırda mərkəzdə müalicəsi davam etdirilən digər yaralı 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızının vəziyyəti isə ağır olaraq qalır. Baş verən hadisə nəticəsində onun bədəninin 95 faizi yanıb. 
Qeyd edək ki, mayın 21-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.