Modern.az

Qubada meşə yanğınları söndürüldü

Qubada meşə yanğınları söndürüldü

Aktual

31 İyul 2018, 09:08

Quba rayonunun Qasımqışlaq və Çayqışlaq kəndləri yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş vermiş yanğınlar söndürülüb.

FHN-dən Modern.az-a verilən məlumata görə, hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri hadisə rayonuna cəlb olunub. Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür. Əlavə məlumat veriləcək.​
Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı