Bakıda yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən Modern.az-averilən məlumata görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, sentyabrın 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsinin sakini Bilal Hüseynov idarə etdiyi “AzSamand” markalı avtomobili yolun kənarındakı reklam dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Qaradağ rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.