Modern.az

Oğurluq edən keçmiş məhkumlar tutuldu

Oğurluq edən keçmiş məhkumlar tutuldu

16 Sentyabr 2018, 09:41
Xaçmaz rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
 
Modern.az xəbər verir ki, Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xudat şəhər sakini Turan Xudiyev və Quba rayon sakini Cavid Nəcəfov saxlanılıblar.
 
Onlar Xaçmaz rayonunun Müzəffər oba kəndi ərazisində yaşayan Fikrət Əsgərova məxsus bağ sahəsindən 1 baş inək oğurlamaqda şübhəli biliniblər.
 
İstintaq müəyyən edib ki, saxlanılan şəxslər əvvəllər məhkumluq həyatı yaşayıblar.
 
Faktla bağlı cinayət işi başlanıb.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı