Modern.az

Gürcüstanda “exit-pollar”ın nəticələri açıqlandı: Qadın namizəd liderdir

Gürcüstanda “exit-pollar”ın nəticələri açıqlandı: Qadın namizəd liderdir

Aktual

28 Oktyabr 2018, 21:22

Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilən "exit-pollar"ın nəticələri açıqlanıb. Modern.az “Report”a istinadən xəbər verir ki, “Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilən "exit-poll"un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.

 

"Exit-poll"a əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd Salome Zurabişvilinin hər biri 40% səs toplayıb. Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradzenin topladığı səs isə 10% təşkil edib.

 

"Exit-poll"u “Edison Research” təşkilatı keçirib və nəticələr saat 16:00-a aiddir.

 

Hakim Gürcü Arzusu Partiyasının keçirdiyi "exit-poll"un nəticələrinə görə isə S.Zurabişvili 52,3%, Q.Vaşadze 28,1%, D.Bakradze isə 9,2% səs toplayıb.

 

Partiyanın sifariş etdiyi "exit-poll"u “Psycho-Project” təşkilatı həyata keçirib.

 

Bir az əvvəl Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi