Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Modern.az-a verilən məlumata görə, oktyabrın 28-də saat 22 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində şəhər sakini Cəmil İbadullayev idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən kənd sakini Natiq Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.