Modern.az

Bakıda məktəbli qız qaçırıldı

Bakıda məktəbli qız qaçırıldı

Aktual

29 Oktyabr 2018, 16:12
Bakının Qaradağ rayonundakı Sahil qəsəbəsində 15 yaşlı məktəbli qız qaçırılıb.
 
 
Modern.az "Sputnik”ə istinadən xəbər verir ki, hadisə barədə hüquq-mühafizə orqanlarına qızın anası – 38 yaşlı Samirə Əliyeva məlumat verib. Onun sözlərinə görə, oktyabrın 28-də qızı Mikayılova Xatun Kamran qızı 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlanıb.
 
 
Hazırda polis əməkdaşları qaçırılan qızın və onu qaçıran şəxsin yerini müəyyənləşdirməyə çalışırlar.
 
 
Qeyd edək ki, AR CM-ə əsasən, bu cür hərəkətlər 3 min manatdan 4 min manatadək cərimə, yaxud 4 ilə qədər həbs müddəti ilə cəzalandırılır.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi