Modern.az

Məktəb Bakıda 15 yaşlı şagirdin qaçırıldığını təkzib etdi          

Məktəb Bakıda 15 yaşlı şagirdin qaçırıldığını təkzib etdi          

Aktual

29 Oktyabr 2018, 17:00

Bakının Qaradağ rayonundakı Sahil qəsəbəsində 15 yaşlı məktəbli qızın qaçırılması barədə xəbər yayılıb.

 

Bu barədə hüquq-mühafizə orqanlarına qızın anası – 38 yaşlı Samirə Əliyevanın məlumat verdiyi bildirilir. İddia olunur ki, anası oktyabrın 28-də qızı X.Mikayılovanın 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlandığını söyləyib.

 
Məsələ  ilə bağlı Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbdən Modern.az-a açıqlama verilib.

Bildirilib ki, Mikayılova X.-nin anası ilə əlaqə saxlanılıb. Ana qızının hazırda evdə olduğunu deyib.

“Həmçinin valideyni vurğulayıb ki, onun qızının 2 gün dərsə  gəlməməsinin səbəbi xəstə olmasıdır”.

 

Qeyd edək ki,  bu barədə ilk xəbəri Sputnik.az yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi