Modern.az

Dəniz quldurları Almaniya gəmisindən 11 nəfəri girov götürdü

Dəniz quldurları Almaniya gəmisindən 11 nəfəri girov götürdü

29 Oktyabr 2018, 20:51

Nigeriyalı dəniz quldurları Anqoladan Nigeriyanın “Onne” limanına getməkdə olan Liviya bayraqlı “Pomerania Sky” adlı Alman gəmisinə hücum edib.

Modern.az xəbər verir ki, 2 qayıqla gəmiyə çıxan quldurlar 20 nəfərlik gəmi heyətinin 11 nəfərini qaçırıb.  Onlardan 8-i polyak, 2-si Filippinli, 1-i isə Ukraynalıdır.

Şənbə günü edilən hücumun detalları bu gün ortaya çıxıb. Polşa xarici işlər naziri Jacek Czaputovicz bu məsələ ilə bağlı bəyanat verib və 8 Polşalı vətəndaşın oğurlandığını təsdiqləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi