ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik Yerevana səfər çərçivəsində Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanla görüşüblər. Modern.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupu missiyasının beynəlxalq ictimaiyyətin mandatına malik yeganə format olduğunu qeyd edib.
Tərəflər Düşənbə şəhərində Əliyev-Paşinyan görüşü və orada əldə edilmiş razılaşmalar barədə fikir mübadiləsi aparıblar.
Paşinyan sülh prosesinə uyğun atmosferin formalaşmasına imkan yaradacaq razılaşmalara və onların səmərəli reallaşdırılmasına riayət olunmasının əhəmiyyətini vurğulayıb.