Modern.az

Təhsil naziri İsveçrə Konfederasiyasının nümayəndələri ilə görüşüb

Təhsil naziri İsveçrə Konfederasiyasının nümayəndələri ilə görüşüb

30 Oktyabr 2018, 15:38

Oktyabrın 29-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi  Mauro Dell’Ambrogionun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

 

Bu barədə Təhsil Nazirliyindən Modern.az-a  məlumat verilib.

 

Bildirilib ki, səfər çərçivəsində Mauro Dell’Ambrogio Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb.

 

İsveçrənin dövlət katibi Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Daha sonra təhsil naziri Ceyhun Bayramov İsveçrə  Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında ali və peşə təhsili sahəsində əlaqələrin cari vəziyyəti, aparılan islahatlar və gələcək inkişaf perspektivləri müzakirə edilib.

 

Səfərin ilk günü nümayəndə heyəti həmçinin ADA Universitetini ziyarət edib və universitetin rektoru Hafiz Paşayevlə görüşüb. Daha sonra Dell”Ambrogio Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə tanış olub və sözügedən universitetin tələbələri üçün “İsveçrə: təhsildən innovasiyaya” adlı məruzə ilə çıxış edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi