Çexiyanın Mendel Universitetinin müəllimi fəlsəfə doktoru Jana DannhoferovanınQərbi Kaspi Universitetinin Dizayn Məktəbinin tələbələrinə seminarlar keçir.
Modern.az xəbər verir ki, “Erasmus” proqramı çərçivəsində keçirilən seminarlar bir həftə ərzində davam edəcək.
“Müasir rəngləmə metodları” mövzusunda keçirilən ilk seminarda çex mütəxəssis tələbələrə müasir dizaynın qarşısında duran tələblər, standartlar barədə məlumat verib, praktik nümunələr təqdim edib, onları maraqlandıran sualları cavablandırıb.