Modern.az

Hakim partiya islahatlara gedir

Hakim partiya islahatlara gedir

30 Oktyabr 2018, 20:16

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasında kadr dəyişiklikləri planlaşdırılır. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə partiyanın liderlərindən biri Mamuka Mdinaradze jurnalistlərə bildirib.

 

O qeyd ki, Gürcüstan hökumətində dəyişikliklər nəzərdə tutulmayıb: “Bidzina İvanişvilinin iştirakı ilə partiyada dünən və bu gün məsləhətləşmələr aparılıb. Partiyaya yeni simaların gələcəyini istisna etmirik. Əlbəttə ki, partiya fəaliyyətini daha da gücləndirəcək”.

 

M.Mdinaradze vurğulayıb ki, Gürcü Arzusu Partiyası üçün əsas çağırış vətəndaşlarla koordinasiyanın sürətləndirilməsi və yaxşılaşdırılmasıdır: “Partiyada yenilənmə və yeni üzvlərin gəlməsi ilə bağlı müzakirələr aparılır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi