Modern.az

Təbii fəlakət 9 can aldı

Təbii fəlakət 9 can aldı

30 Oktyabr 2018, 21:03

İtaliyada təbii fəlakət nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qasırğa nəticəsində 9 nəfər dünyasını dəyişib. Üç gündür davam edən qasırğa zamanı 4 nəfər xəsarət alıb, 1 nəfər itkin düşüb.

 

Məlumata görə, ölkənin daxili işlər naziri Matteo Salvini son dərəcə əlverişsiz hava şəraiti səbəbindən insan tələfatının olduğunu söyləyib.

 

Eyni zamanda ötən gecə ölkənin şimal-şərqindəki kurort şəhəri Rappaloda güclü fırtına qoruyucu divarları aşırıb, limana böyük maddi zərər dəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi