Modern.az

Bakıda qısqanc ər arvadını boğaraq öldürüb  

Bakıda qısqanc ər arvadını boğaraq öldürüb   

31 Oktyabr 2018, 14:26

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qətl hadisəsi törədilib.

 

Modern.az Report-a istinadən xəbərinə görə, hadisə ötən gecə İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb. 

 

Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.

 

Hadisəni törədən M.Əliyev tutulub.

 

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi