Modern.az

Paytaxtda orta aylıq əmək haqqı artıb – 787.3 manat

Paytaxtda orta aylıq əmək haqqı artıb – 787.3 manat

31 Oktyabr 2018, 16:17

Bakıda 2018-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 0,7 faiz artaraq 787,3 manat olub.

 

Bu barədə Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

 

Ən aşağı əmək haqqını isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilər alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi