Modern.az

Ümumtəhsil məktəblərində peşəyönümü tədbirlərinə başlanılıb

Ümumtəhsil məktəblərində peşəyönümü tədbirlərinə başlanılıb

Aktual

31 Oktyabr 2018, 20:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən paytaxtın ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda peşəyönümü tədbirlərinə başlanılıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, paytaxtın Nərimanov, Xətai və Nəsimi rayonlarındakı ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, ixtisas və peşələrin gələcək perspektivləri, habelə məşğulluq xidmətləri haqqında ətraflı məlumatlar verilib. Hər bir gəncin gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olmasında onun düzgün peşə seçimi etməsinin, həmçinin, öz əmək bacarıqlarını obyektiv qiymətləndirə bilməsinin vacibliyi diqqətə çatdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi