Bu gün Topaz Premyer Liqasında VII turdan təxirə salınan oyun keçirilib. Modern.az xəbər verir ki, "ASK Arena"da keçirilən qarşılaşmada "Keşlə" və "Qarabağ" komandaları üz-üzə gəlib. Son turda "Neftçi"yə, ondan əvvəl isə Avropa Liqasının qrup mərhələsində Bakıda "Vorskla"ya uduzan Ağdam klubu 2 oyunluq qələbə həsrətinə məhz paytaxt təmsilçisi ilə matçda son qoymaq niyyətində idi. Amma bu dəfə də Qurban Qurbanovun komandası qalib gələ bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu matç Tərlan Əhmədovun "Keşlə"də baş məşqçi qismində ilk oyunu olub.